Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Yeni Nəfəs” İctimai Birliyi region məktəbliləri ilə işə başladı.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > “Yeni Nəfəs” İctimai Birliyi region məktəbliləri ilə işə başladı.

“Yeni Nəfəs” İctimai Birliyi region məktəbliləri ilə işə başladı.


Dünya Azərbaycanlıları İnformasiya Mərkəzində “Yeni Nəfəs” İctimai Birliyinin regionlarda yaşayan “Məktəblilərin elmi inkişafına dəstək” layihəsinin təqdimat mərasimi keçirildi.

Mərasimdə ziyalılar, müxtəlif gənclər təşkilatlarından nümayəndələr, “Diaspor və Lobbi” Strateji Araşdırmalar Mərkəzinin sədri Zaur Əliyev,“Sayokan” Döyüş Növləri Federasiyasının prezidenti Vasif Namazov, KİV nümayəndələri və layihədə əməkdaşlıq edən tələbələr iştirak edirdilər.
Mərasimi açıq elan edən “Yeni Nəfəs” İctimai Birliyinin İdarə Heyətinin üzvü Mehman Həsən tədbir iştirakçılarına layihə ilə bağlı məlumat verdi. “Layihənin əsas məqsədi müasir təhsil imkanlarının mövcud olmadığı ucqar rayon kəndlərində yaşayan məktəblilərin təhsilə olan marağını artırmaq, onları yeni təhsil imkanları ilə tanış etmək, gələcək təhsillərində bir növ körpü olmaqdı.”
Layihənin ideya müəllifi Mehmet Akçay layihənin bir neçə mərhələdə həyata keçirilicəyini, ilk mərhələsinin məktublaşma olduğunu və digər rayonlarda da həyata keçirilməsinin planlaşdırıldığını bildirdi. Təşkilatın İdarə Heyətinin digər üzvü Hüseyin Günəşli ilkin mərhələdə doqquz rayonla məktublaşmanın başlandığı haqqında məlumat verdi. “Əksər təşkilatlar şəhər çərçivəsində fəaliyyət göstərirlər. Biz ucqar kənlərdə məktəblilərlə məktublaşma ilə başlatdığımız layihə ilə həmin məktəbliləri universitetlərə gətirib auditoriyalarda iştirakını təmin edəcəyik. Bu layihənin gerçəkləşməsində həm rayon rəhbərliyi, həm təhsil ocaqları, ümumiyyətlə bütün cəmiyyət maraqlı olacaq.”
Qarşılıqlı müzakirələr şəklində keçən tədbir sonda müxtəlif universitetlerdə təhsil alan tələbələrin məktəblilərə ünvanladıqları məktubların göndərilməsi ilə başa çatdı.

“Yeni Nəfəs” İB
Mətbuat Xidməti


“Yeni Nəfəs” İctimai Birliyi region məktəbliləri ilə işə başladı.

“Yeni Nəfəs” İctimai Birliyi region məktəbliləri ilə işə başladı.

Geri dön