Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna başlanılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş > Bu gün direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna başlanılır

Bu gün direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna başlanılır


Bu gün direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna başlanılır.

Təhsil Nazirliyindən bildirilib ki, bu il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.

Müsabiqədə iştirak etmək istəyən namizədlər fevralın 13-ü saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Xatırladaq ki, 2020-ci ilin 28 sentyabr - 5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq. Həmin şəxslər də fevralın 13-dək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Geri dön