Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vanda baş verən zəlzələdə ölənlərin sayı 582-yə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Vanda baş verən zəlzələdə ölənlərin sayı 582-yə çatıb

Vanda baş verən zəlzələdə ölənlərin sayı 582-yə çatıb


Türkiyənin Van bölgəsində oktyabrın 23-də baş vermiş zəlzələ nəticəsində ölən və yaralananların sayı ilə bağlı yeni rəqəmlər açıqlanıb.

Türkiyə baş nazirinin müavini Bəşir Atalay ölənlərin sayının 582 nəfərə çatdığını bildirib. Yaralıların sayı 4152 nəfərdir. Dağıntılar altından 231 nəfər sağ çıxarılıb.

B. Atalay Van şəhərində dağılan 6 binanın 5-də, zəlzələnin episentri olan Van bölgəsinin Ərciş qəsəbəsində isə dağılan 65 tikilinin 58-də xilasetmə işlərinin yekunlaşdığını açıqlayıb. O, zəlzələdən zərər çəkənlərə 35 min 257 çadırın paylandığını, bu çadırların 10%-nin xaricdən göndərildiyini söyləyib.

B. Atalay xarici ölkələrin yardımları haqda da məlumat verib. Azərbaycanın Vana 140 nəfərlik axtarış-xilasetmə qrupu, 1250 çadır, 700 yataq dəsti, 40 generator, 40 mətbəx avadanlığı və 5 min örtük (odeyal) göndərdiyi bildirilib.

Geri dön