Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İspaniyada xərçəng xəstəliyinə tutulan uşaqların 77 faizi sağalır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İspaniyada xərçəng xəstəliyinə tutulan uşaqların 77 faizi sağalır

İspaniyada xərçəng xəstəliyinə tutulan uşaqların 77 faizi sağalır


15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Uşaqların xərçəng xəstəliyi ilə mübarizə günü cəmiyyətin diqqətini bu məsələyə yönəltmək üçün 2002-ci ildən bəri qeyd olunur.

İspaniyada hər il 14 yaşınadək olan 1100 uşağa xərçəng diaqnozu qoyulur. İnkişaf etmiş ölkələrdə xəstəlikdən baş verən uşaq ölümlərinin əsas səbəbi məhz xərçəngdir. Xərçəng uşaq ölümləri arasında qəzadan sonra ikinci ölüm səbəbidir.

Uşaqlarda ən çox leykemiyaya (uşaq xərçənginin əksər növlərinin 30 faizi), ondan sonra isə mərkəzi sinir sisteminin onkoloji xəstəliklərinə (22 faiz) rast gəlinir.

Lakin, xərçəng xəstəliyinə tutulmuş uşaqların 77 faizi müalicə olunur və bu rəqəm daim artır. Qeyd edək ki, bu göstərici 1980-ci ildə onkoloji halların yalnız 54 faizi həddində olub.

Geri dön