Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Böyük Britaniyada peyvəndləri sınaqdan keçirmək üçün könüllülər virusa yoluxdurulacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Böyük Britaniyada peyvəndləri sınaqdan keçirmək üçün könüllülər virusa yoluxdurulacaq

Böyük Britaniyada peyvəndləri sınaqdan keçirmək üçün könüllülər virusa yoluxdurulacaq


Böyük Britaniyadakı tibbi sınaqlarda COVID-19 xəstəliyinə qarşı istifadə olunan dərman və peyvəndləri sınamaq üçün gənc könüllülər virusa yoluxdurulacaq. Britaniya belə bir sınağı keçirən ilk ölkə olacaq.

Virusun ötürülməsi üçün təsdiqlənən 18-30 yaş arası 90 könüllünün iştirak etdiyi araşdırma yaxın həftələrdə başlayacaq.

Tədqiqatçılar koronavirusun hansı dərəcədə infeksiyaya səbəb olduğunu və immunitet sisteminin necə cavab verəcəyini araşdıracaqlar. Beləliklə həkimlər COVID-19 xəstəliyi haqqında daha çox məlumat əldə edəcək və bu məlumatlar xəstəliyə qarşı peyvəndlərin və müalicələrin inkişafında istifadə ediləcək.

Tədqiqatlara Britaniya hökumətinin Peyvənd Əməliyyat Qrupu, İmperial Kollec Universiteti, Royal Free Xəstəxanası və virus ötürmə modelləri hazırlayan (hVIVO) şirkət rəhbərlik edəcək.

Bu metod əvvəllər malyariya, vəba və qrip kimi xəstəliklərə qarşı müalicəni inkişaf etdirmək üçün istifadə edilib.

Geri dön