Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Siyasi məhbusun ailəsi Hamid Qaraoğlaninin durumunun ağır olduğunu bildirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Siyasi məhbusun ailəsi Hamid Qaraoğlaninin durumunun ağır olduğunu bildirir

Siyasi məhbusun ailəsi Hamid Qaraoğlaninin durumunun ağır olduğunu bildirir


“Amerikanın Səsi”nin Fars xidmətinə Skype müsahibəsində siyasi dustağın bacısı Haniyə Qaraoğlani iyul ayından bəri Urmu şəhərin mərkəzi həbsxanasında saxlanılan 34 yaşlı qardaşı Həmidin vəziyyətinin pisləşdiyini deyib.


Baş Qərargahı Londonda yerləşən Amnesty International insan haqlarını müdafiə qrupunun bildirdiyinə görə, kəşfiyyat məmurları azərbaycanlı türk Hamid Qaraoğlanini iyunun 27-də həbs edib və həbsxanaya köçürməzdən əvvəl iki həftə dindirib.


Hamidin bacısı o vaxtdan bəri İran rəsmilərinin ağır formada epilepsiyası olan qardaşını müalicə olunmaqdan məhrum etdiyini deyib. ABŞ-ın Mayo Tibbi Tədqiqat Mərkəzi tərəfindən epilepsiyanın belə ağır forması olaraq xarakterizə edilən xəstəlik ani şüur itkisi, bədənin qıcanması və titrəməsi, bəzən sidik kisəsinin funksiyasına nəzarətin itirilməsi və dilin dişləməsi ilə müşayiət ola bilər.


Haniyə Qaraoğlani qardaşının vəziyyətinin onun ayda bir dəfə tibbi və nevroloji müayinədən keçməsini tələb etdiyini, lakin rəsmilərin onun həbsxanadan kənar bir xəstəxanada müalicə almasını qadağan etdiyini deyib.


O, Urmu(Urmiya) həbsxanasının həkiminin məhkumun xəstəliyi ilə bağlı biliyi olmadığına görə, Hamidlə görüşməkdən imtina etdiyini söyləyib. Hamidlə bir seans keçirən başqa bir psixiatr isə onun emosional vəziyyətini qiymətləndirmək əvəzinə ona siyasi baxışları barədə suallar verib.


Haniyə həkimin təyin etdiyi və ailə tərəfindən alınaraq, həbsxanaya aparılan dərmanlarıın Hamidə verilməsinə icazə verilmədiyini deyib.


Amnesty International Təşkilatı bu ayın əvvəlində Hamid Qaraoğlaninin azad edilməsi, azad edilənə qədər dərman və həbsxanadan kənarda müalicə olunmasını təmin etmək tələbi ilə İranın Ali Məhkəməsinə müraciət etmişdi.


Haniyə Qaraoğlani Amerikanın Səsinə müsahibəsində deyib ki, müstəntiqlər qardaşını təhlükəsizliklə bağlı cinayətləri etiraf etmədiyi təqdirdə bacısının həbs olunacağı, anasının isə öldürüləcəyi ilə təhdid ediblər.


O, qardaşı həbs edildikdən sonra kəşfiyyat agentlərinin onu və anasını da dindirdiklərini və susmaqları üçün təzyiq göstərdiklərini bildirib.


İnsan haqlarını müdafiə qrupu Urmudakı İnqilab Məhkəməsinin Qaraoğlaniyə qarşı "ali dini lideri təhqir etmək", "sistemə qarşı təbliğat aparmaq" və "İslam Respublikası sisteminə qarşı silahlı üsyançı qrupa üzv olmaq" ittihamları irəli sürülərək, 14 il müddətinə həbs cəzasına məhkum edildiyini bildirib. Onun yanvarın 24-də hökmdən apellyasiya şikayəti verildiyi deyilir.


Hamid Qaraoğlaninin işi barədə son aylar İran dövlət mediasında heç bir məlumat verilməyib.


Amnesty International Qaraoğlaninin Xameneyini korrupsiyada günahlandıran onlin yazıları və İran rəsmilərinin bildirdiyinə görə, “İran Xalq Mücahidləri Təşkilatı”nın tərəfdarları ilə onlin yazışmaları ilə əlaqədar olaraq mühakimə olunduğunu bildirib.


Haniyə Qaraoğlani Amerikanın Səsinə verdiyi müsahibəsində qardaşının “Xalq Mücahidləri Təşkilatı”nın tərəfdarı olmadığını deyib.


Amnesty International Hamidin hazırda mühacirətdə olan iki qohumunun “Xalq Mücahidləri Təşkilatı” ilə əlaqəsi olduğuna görə uzunmüddətli həbs cəzasına məhkum edilməsindən narahatlığını ifadə edib.

Geri dön