Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Umayra Tağıyeva: Gün ərzində respublika ərazisində əlverişsiz hava şəraiti davam edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Umayra Tağıyeva: Gün ərzində respublika ərazisində əlverişsiz hava şəraiti davam edəcək

Umayra Tağıyeva: Gün ərzində respublika ərazisində əlverişsiz hava şəraiti davam edəcək


Azərbaycana çox soyuq hava kütlələrinin daxil olması nəticəsində ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Demək olar ki, respublikanın əksər rayonlarında qar yağıb. Bakıda və Abşeron yarımadasında əmələ gələn qar örtüyünün hündürlüyü 5 santimetrə yaxınlaşıb. Ən çox qar Böyük Qafqazın rayonlarında qeydə alınıb. Burada əmələ gələn qar örtüyünün hündürlüyü yarım metrə çatıb. Bu proses güclü külək və çovğunla müşahidə olunub. Küləyin maksimal sürəti rayonlarda saniyədə 28, Bakıda və Abşeron yarımadasında 25-28 metrə çatıb. Bu da açıq dənizdə dalğanın hündürlüyünün 6 metrə qədər yüksəlməsinə səbəb olub.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, gün ərzində respublika ərazisində əlverişsiz hava şəraiti davam edəcək. Fasilələrlə qar yağacaq. Bəzi rayonlarda intensiv olacaq. Fevralın 25-i səhər saatlarından başlayaraq proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək.

Geri dön