Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Hidrometeorologiya Xidməti: Xəzər dənizində dalğanın hündürlüyü azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Milli Hidrometeorologiya Xidməti: Xəzər dənizində dalğanın hündürlüyü azalıb

Milli Hidrometeorologiya Xidməti: Xəzər dənizində dalğanın hündürlüyü azalıb


Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 10:00-a verdiyi məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, şimal-qərb küləyi tədricən saniyədə 10-14 metrədək mülayimləşib.

Xidmətdən bildiriblər ki, Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.5 metrədək azalıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 48, Qubada 20, Altıağacda 19, İsmayıllı, Lerikdə 18, Daşkəsəndə 16, Şirvan, Ağsu, Qəbələ, Qobustanda 14, Oğuz, Xaltanda 13, Lənkəran, Qrız, Göygöldə 12, Astarada 11, Kişçay (Şəki), Gədəbəydə 9, Tərtərdə 8, Zərdab, Bərdədə 7, Göyçay, Qusar, Gəncə, Yardımlıda 5, Göytəpə, Zaqatala, İmişli, Ağdamda 4, Mingəçevirdə 3, Ağstafa, Şəki, Naftalan, Şəmkir, Ceyrançöldə 2, Kürdəmir, Tovuzda 1, Bakıda 17, Maştağa, Pirallahıda 3 santimetr olub.

Geri dön