Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya səfirliyinin nümayəndələri Tərtərdə erməni təxribatının nəticələri ilə tanış olublar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Yaponiya səfirliyinin nümayəndələri Tərtərdə erməni təxribatının nəticələri ilə tanış olublar

Yaponiya səfirliyinin nümayəndələri Tərtərdə erməni təxribatının nəticələri ilə tanış olublar


Yaponiyanın Azərbaycandakı səfirliyinin ikinci katibləri Aşizuka Daiji və Sugioka Mami Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində dəymiş ziyan və onun aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olmaq məqsədilə Tərtər rayonuna səfər ediblər.

Qonaqlara 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən müharibə müddətində ermənilərin artilleriya atəşi nəticəsində rayona dəymiş ziyan və onların aradan qaldırılması üçün həyata keçirilən təmir-tikinti işləri barədə məlumat verilib. Yaponiya səfirliyinin nümayəndələri Şıxarx qəsəbəsi ərazisində 1176 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksində ermənilərin artilleriya atəşi zamanı dəymiş ziyanla tanış olublar.

Geri dön