Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanda yatırılan hərbi qiyam - Elçibəy hökumətinin səhvi nədə idi?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Ermənistanda yatırılan hərbi qiyam - Elçibəy hökumətinin səhvi nədə idi?

Ermənistanda yatırılan hərbi qiyam - Elçibəy hökumətinin səhvi nədə idi?


Fevralın 25-də Ermənistanda hərbi qiyam baş verdi və baş nazir Nikol Paşinyan dövlət çevrilişi cəhdinin qarşısını ala bildi. Hər halda ilkin qənaət belədir. Bu qiyam Azərbaycanla bağlı da bir məsələni yenidən gündəmə gətirdi. 1993-cü il 4 iyunda qanuni hakimiyyətə - prezident Əbülfəz Elçibəy iqtidarına qarşı Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov tərəfindən qaldırılan qiyam yaddaşlara qayıtdı.

Ümumiyyətlə, hər hansı bir ölkədə hərbi qiyam baş verirsə, bunun qarşısı alınırsa, dövlət çevrilişi baş tutmursa, 28 il öncəki hadisə xatırlanır və əsas fikir də bu olur ki, Elçibəy iqtidarı həmin qiyamın qarşısını ala bilərdi, sadəcə iradəsizlik buna imkan verməyib...

Fevralın 25-də Paşinyan hökumətinə qarşı qaldırılan qiyamla 4 iyun hadisələri arasında müqayisələr aparanlar da var. AXC İcraiyyə Komitəsinin sədri olmuş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu cür müqayisələrin əleyhinədir: “O hadisələrin üstündən bir əsrin 4/1-dən çox vaxt keçib. Açığı, həmin hadisələrə bir daha toxunmağın əleyhinəyəm. Amma istənilən müqayisəni qüsurlu sayıram. Söhbət Ermənistandan gedirsə, burada baş verən hadisələr fikir zehniyyətinin savaşıdır. Bir tərəfdə müharibə tərəfdarları, digər tərəfdə əleyhdarları var və hər iki tərəf mitinqə çıxır. Əslində orada baş verənlər kiməsə simpatiyadan yaxud antipatiyadan doğmur. Küçəyə çıxanlar da Paşinyan üçün çıxmırlar. Sadəcə müharibə istəmədiklərinə görə çıxırlar. Əks tərəf isə revanş hissi ilə mitinq edirlər. Burada əslində Sorosun uşaqları ilə Rusiya tərəfdarları arasında savaş gedir. Ona görə də, 4 iyun qiyamı ilə Ermənistanda son baş verən hadisələrin müqayisə edilməsini düzgün hesab etmirəm. Biz heç yerdə zorla, qiyamla dəyişikliyin tərəfdarı deyilik. Necə ki, qardaş Türkiyə də bu mövqeyi sərgilədi. Ermənistan düşmən ölkə olsa belə, biz orada xalqın müqəddəratını ifadə edən bir qurumla danışmaqda maraqlıyıq. Ona görə ki, səhəri gün hər hansı bir dəyişiklikdən sonra yeni bir şərait yaranmasın. Hərçənd ki, hər hansı bir şərait yaranırsa yaransın, Azərbaycana bunun heç bir təsiri yoxdur. Əslində orada xuntanın iş başına gəlməsi ölkəmizə daha geniş imkanlar yaradır ki, burada dünya tərəfindən müdafiə edilməyən bir rejimlə üz-üzə duraq.

Fərəc Quliyev: “Paşinyanın qiyamı tam yatırtdığını söyləmək tezdir”

Lakin sualınıza qayıdıb onu da demək istəyirəm ki, bəlkə də 4 iyun qiyamı ilə bu qiyam arasında hansısa məqamlar, ümumi yanaşmalar tapmaq olar. Amma sırf o hadisələrlə müqayisə edilməsini doğru saymıram. Ermənistandakı proseslər hələ bitməyib. Ona görə də, Paşinyanın qiyamı tam yatırtdığını söyləmək tezdir. İndiyə qədər müxalifət adı altında bir qrup çıxıb dinc aksiyalarla nəsə etmək istəyirdi. Amma Paşinyan təklif edirdi ki, gəlin erkən seçkilərə gedək. Amma buna da getmək istəmirdilər. Zor gücü ilə artıq nəsə etmək istəyirlər. Hərbi hissələri proseslərə qata biliblər. Bu hərbi hissələrin isə Rusiyaya bağlı olduğunu heç kəs gizlədə bilməz. Burada isə bir məsələ məlum olur ki, revanşist qüvvələr Rusiyaya bağlıdır. Azərbaycanda da məlum qiyamda Şerbaka bağlı qüvvələr işə qarışmışdı. Hətta İran səfiri gedib Quran bağışlamaqla məşğul idi. Yəni hər yerdə xarici qüvvələrin marağı olur. Azərbaycanda 2013-cü ildə Milli Şura adı altında nəsə etməyə çalışdılar. Bu qurum Volodinin rəhbərliyi ilə Moskvada qurulmuşdu. Sadəcə niyyətləri baş tutmadı. İstənilən halda hadisələr arasında oxşarlıq tapmaq mümkündür. Hər hadisənin özəlliyi var. Amma həmin dövrdə Azərbaycanda baş verən hadisələrlə bu günlərdə Ermənistanda yaşananlar arasında fərqli elementlər daha çoxdur”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”

Geri dön