Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avstriyada karantin qaydaları regionlar üzrə fərqli şəkildə tətbiq olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Avstriyada karantin qaydaları regionlar üzrə fərqli şəkildə tətbiq olunacaq

Avstriyada karantin qaydaları regionlar üzrə fərqli şəkildə tətbiq olunacaq


Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən sərt karantin rejimi Avstriyada bütün ölkə üzrə deyil, regionlar üzrə fərqli şəkildə dəyişdiriləcək.

Avstriya hökumətinin üzvləri bu barədə mətbuat konfransında bildiriblər. Qeyd edilib ki, martın 15-dən etibarən karantin qaydaları ölkənin regionları üzrə epidemioloji vəziyyətdən asılı olaraq fərqli templə dəyişdiriləcəkdir. Hazırda ölkənin qərbində İsveçrə ilə həmsərhəd Forarlberq federal əyalətində idman və mədəniyyət obyektləri, eləcə də kafe və restoranlar fəaliyyətlərini bərpa edəcəklər. Martın 27-dən etibarən isə digər federal əyalətlərdə kafe və restoranların açıq havada müştərilərə xidmət göstərməsinə icazə veriləcəkdir.

Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober bildirib ki, qapalı məkanlarda mədəniyyət, idman və qastronomiya fəaliyyəti aprel ayında bərpa oluna bilər, lakin bunun üçün mart ayının ortalarındakı epidemioloji göstəricilər həlledici rol oynayacaqlar.

Avstriyanın şərq hissəsində yerləşən federal əyalətlərin qubernatorları hökumətin bu qərarını sərt tənqid ediblər və ölkə əhalisinin ən çox yaşadığı şərq regionunda müəssisələrin fəaliyyətinin gec bərpasının iş yerlərinin itiriləcəyi, sahibkarların müflis olacağı ilə əsaslandırıblar. Əyalət qubernatorları ilə yanaşı Avstriya İqtisadiyyat Palatası və sahibkarların maraqlarını təmsil edən təşkilatlar karantin qaydalarının sadələşdirilməsini, müəyyən öhdəliklər qarşılığında kafe və restoranların fəaliyyətinin bərpa olunmasını tələb edirlər.

Geri dön