Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həmədanda 41 maneken və fotoqraf saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Həmədanda 41 maneken və fotoqraf saxlanılıb

Həmədanda 41 maneken və fotoqraf saxlanılıb


Həmədan əyalətinin “Sepah”ı (İran İslam İnqilabı Keşikçiləri Korpusu) “sosial mediada şəri qaydalara və islam mədəniyyətinə zidd məzmunda paylaşım”lar ittihamı ilə 41 nəfər maneken və fotoqrafı izahat üçün qərargahına çağırıb.


Sepah-a yaxın “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, Həmədan əyaləti “Sepah”ının ictimaiyyətlə əlaqələr məsulu Əliəkbər Kərimpur bu şəxslərin fəaliyyətlərinin qadağan edildiyini bildirib.


Sözçünün dediyinə görə, saxlanılan şəxslər müxtəlif studiyalar və fotoqrafiya mərkəzlərində “qanunsuz və islam mədəniyyətinə zidd fəaliyyətlər”lə məşqul olublar.


O, dindirilənlərdən biri barəsində cinayət işinin açıldığını və hüquqi proseslərin keçirilməsi üçün məhkəməyə göndərildiyini söyləyib.


Məlumatda saxlanılanların kimliyi barədə heç bir açıqlama verilməyib.

Geri dön