Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan prezidentinin başında impiçment təhlükəsi...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Ermənistan prezidentinin başında impiçment təhlükəsi...

Ermənistan prezidentinin başında impiçment təhlükəsi...


Fərəc Quliyev: “Prezidentə qarşı da impiçmentin tətbiqini mümkün saya bilərik”

Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası tərəfindən prezident Armen Sarkisyanın mümkün impiçment prosesi gündəmə gətirilməyə başlanıb. Hakim
fraksiyanın deputatı Vaaqn Ovakimyan “Facebook” səhifəsində yazıb ki, buna səbəb prezident Armen Sarkisyanın Baş nazir Nikol Paşinyanın Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə sərəncam layihəsini imzalamaqdan imtina etməsidir.

V.Ovakimyan nəzərə çatdırıb ki, Konstitusiyanın 139-cu maddəsinə əsasən, prezident Baş nazirin sərəncam layihəsini etirazla geri qaytarmaq hüququna malikdir. İlk baxışdan Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi barədə sərəncam layihəsini də geri qaytararkən prezident bu hüququndan istifadə edib: “Ancaq əslində məsələ belə deyil. prezident özbaşına sərəncam layihəsini ona təklif edən orqana qaytara bilməz. Bu halda Baş nazir Konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində Baş Qərargah rəisinin vəzifədən azad olunmasını təklif edib. Hətta insan ən emosional təxəyyüllə bu prosesdə Konstitusiyaya zidd element görə bilməz. Biz əslində prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərindən özbaşına istifadə dövlət təhlükəsizliyini təhdid altında qoya və stabilliyi poza bilər. Buna görə də Konstitusiyanın 141-ci maddəsinin kobud surətdə pozulduğu nəzərə alınaraq prezidentin impiçment prosesinin başladılması üçün aydın əsaslar var”.

Qeyd edək ki, fevralın 25-də Baş Qərargah N.Paşinyanın istefasını tələb etdikdən sonra Baş nazir Baş Qərargah rəisinin istefası ilə bağlı prezidentə sərəncam layihəsi təqdim edib. N. Paşinyan Baş Qərargahın bəyanatını dövlət çevrilişinə cəhd adlandırıb. Ermənistanda prezidentin impiçment olunma təhlükəsi reallaşa bilərmi?

Qeyd edək ki, müxalif deputatlar "Mənim addımım"dan olan təklifə sərt etiraz verib. Müxalif deputat Marukyan bildirib ki, hər kəslə dil tapmaq və bu böhrana həll tapmaq əvəzinə hökumət Ermənistan prezidenti Armen Sarkisyana impiçment üçün əsasların olduğunu bəyan edir:”Bənzər bir prosesin parlamentdə başladıldığını təsəvvür edirsiniz? Özünüzü məhv etmənin son nöqtəsinə çatmaq istəyirsinizsə, bunu edin".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hakimiyyətdə olan qüvvə bu planı reallaşdıra bilər: “Faktiki olaraq, Ermənistan prezidenti hakimiyyətə qiyam qaldıram hərbçilərin yanında yer alır. Bunun özü ciddi pozuntudur. Çünki hərbi qurum depolitizə edilmiş qurumdur. Onun siyasətə qarışmaq kimi səlahiyyəti yoxdur. İndiki halda biz Ermənistan prezidentini qiyamçılarla bir sırada görürük. Bu məsələdə Paşinyan haqlıdır. Hərbçilər siyasi ultimativ tələblə çıxış edirsə, onlarla bağlı ölçü götürülməlidir. Bu ölçünün götürülməsinə isə prezident mane olur. Paşinyan yaxın günlərdə Ermənistan siyasətindəki güc nisbətlərini dərindən yoxladı. Tək başına bütün müxalifətdən çox adamı meydana çıxardı. Bu səbəbdən də özünə çox əmindir. Mən hesab edirəm ki, prezident də öz oyununu oynayır. İstədiyi bu idi ki, hər iki tərəfi qarşı-qarşıya qoyub zəiflətsin”.

Partiya sədrinin sözlərinə görə, Paşinyan xaricdən aldığı dəstək daxildəki anti-müharibə mövqeyində olanların vasitəsilə əlini çox gücləndirib:

“Hərbçilər bəyanat verdikləri gün çevrilişə cəhd etsəydilər, bəlkə də nəyəsə nail ola bilərdilər. Bundan sonra gecdi. Çox güman ki, Paşinyan rəqiblərini bir-bir sıradan çıxarmaq yolunu tutacaq. Bu baxımdaan da prezidentə qarşı da impiçmentin tətbiqini mümkün saya bilərik. Narazı hərbçiləri də ya Paşinyana tərəf keçməyə məcbur edəcəklər, ya da istefaya göndərəcəklər”.

Məhəmmədəli QƏRİBLİ

Geri dön