Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sədərək şəhidləri üçün “Zəfər guşəsi” yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Bildiriş > Sədərək şəhidləri üçün “Zəfər guşəsi” yaradılıb

Sədərək şəhidləri üçün “Zəfər guşəsi” yaradılıb


Muxtar respublikada gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində işlər davam etdirilir. Bu çəçivədə Sədərək Rayon Mərkəzləşmiş Kitabxana Sistemi Heyərabad qəsəbə filialında “Zəfər guşəsi” yaradılıb.

Filialın müdiri Vəzir İmamverdiyev guşənin yaradılmasında məqsədin kitabxana oxucularını 44 günlük Vətən müharibəsi zamanı aktiv döyüşdə iştirak edənlər haqqında məlumatlandırmaqdır. Sədərək rayonundan olan 44 Vətən oğlu II Qarabağ savaşında, torpaqlarımızın azad olunmasında iştirak edib.

Qeyrət qalasının mərd oğullarından 4 nəfəri şəhidlik zirvəsinə yüksəlib, 4 igidimiz qazi olub. 18 qəhrəman Vətən oğlu müxtəlif medal və ordenlərlə təltif olunub. Yaradılan bu guşə vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, vətəndaşların ictimai fəallığının artırılmasına xidmət edəcək.

Geri dön