Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan parlamentində milli azlıqlarla bağlı yeni şura yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Borçalı > Gürcüstan parlamentində milli azlıqlarla bağlı yeni şura yaradılıb

Gürcüstan parlamentində milli azlıqlarla bağlı yeni şura yaradılıb


Gürcüstan parlamentinin Diaspor məsələləri Komitəsinin nəzdində milli azlıqların problemləri ilə bağlı Elmi-Məsləhət Şurası yaradılıb.

Bu barədə Gürcüstan parlamentindən məlumat verilib.

Bildirilib ki, Gürcüstanda yaşayan 16 icmanı birləşdirəcək Şura milli azlıqların qarşılıqlı və səmərəli inteqrasiyasını asanlaşdırmaq, onların sistemli problemlərinin həlli məsələləri ilə məşğul olacaq.

Qurum həmçinin, milli azlıqlardan olan gənclərin işlə təminatı və mədəniyyət sahələri üzrə də fəaliyyət göstərəcək.

Geri dön