Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Sepah” yeni yeraltı ballistik raket şəhərciyinin açılışını edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Sepah” yeni yeraltı ballistik raket şəhərciyinin açılışını edib

“Sepah” yeni yeraltı ballistik raket şəhərciyinin açılışını edib


İran Dövlət Televiziyasının yaydığı xəbərə əsasən, yeraltı raket şəhərciyinin təqdimat mərasiminə “Sepah”ın baş komandanı Hüseyn Səlami və “Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri qatılıb.


“Sepah” terror təşkilatının yeni yeraltı raket şəhərciyinin harada yerləşdirildiyi açıqlanmasa da, dövlət televiziyasının yaydığı səhnələrdə yeni yeraltı raket tunel və anbarlarında “Sepah”ın kruz və ballistik raket sistemləri, eləcə də “Sepah”ın Qüds” briqadasının keçmiş komandanı, məşhur terrorçu Qasım Süleymani və İranın bir neçə ay əvvəl naməlum şəxslərin silahlı hücumunda qətlə yetirilmiş “nüvə alimi” Möhsün Fəxrizadənin şəkilləri görüntülənib.


İran, yeni uzaq mənzilli ballistik raketlərinin İsrail daxil olmaqla Orta Şərqin böyük hissəsini hədəfə almağa və 2000 km məsafədə olan bütün hədəfləri vurmağa qadir olduğunu bildirib.


“Sepah”ın yeni yeraltı raket şəhərciyi barədə ətraflı hər hansı bir məlumat yayılmayəb.


Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri hesab edirlər ki, İranın ballistik raket proqramı və bu sahədə apardığı fəaliyyətlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsinə zidd addımdır. Həmin raketlərin nüvə başlıqları daşımağa qadir olan səviyyəyə yüksəldilə biləcəyi deyilir.


İran isə apardığı ballistik raket proqramının müdafiə xarakteri daşıdığını və bu barədə Qərblə hər hansı bir müzakirə aparmayacağını bildirir.

Geri dön