Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Radikal və ekstremist təmayüllü dini cərəyanlara qarşı səmərəli mübarizə aparılmalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Radikal və ekstremist təmayüllü dini cərəyanlara qarşı səmərəli mübarizə aparılmalıdır

Radikal və ekstremist təmayüllü dini cərəyanlara qarşı səmərəli mübarizə aparılmalıdır


Şamaxıda rayon gənclər və idman idarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, “Şəffaflıq Media Qrup"un rəhbəri Vahid İsmayılov, rayonun ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, fəal gənclər iştirak ediblər.

Çıxışlarda bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə ətraflı danışılıb. Vurğulanıb ki, dini radikalizmlə mübarizədə dini maarifləndirməyə xüsusi diqqət ayrılmalı, gənclərin dini radikal qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün təbliğat işi düzgün və səmərəli qurulmalıdır.

Dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verilib, onlara qarşı mübarizənin zəruriliyindən danışılıb, bu istiqamətdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin həyata keçirdiyi tədbirlərdən bəhs olunub. Habelə dini radikalizmlə mübarizə sahəsində dini icmaların fəaliyyətinin tənzimlənməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb, bu sahədə qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Onlayn seminarda gəncləri maraqlandıran suallar da cavablandırılıb.

Geri dön