Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəalın yeri dəyişdirildi: Mehrdad Şeyxi Ərdəbil həbsxanasının 7-ci bölməsinə köçürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Milli fəalın yeri dəyişdirildi: Mehrdad Şeyxi Ərdəbil həbsxanasının 7-ci bölməsinə köçürülüb

Milli fəalın yeri dəyişdirildi: Mehrdad Şeyxi Ərdəbil həbsxanasının 7-ci bölməsinə köçürülüb


Telefon danışığı zamanı o, Ərdəbil Mərkəzi Həbsxanasının 7-ci karantin bölməsinə köçürüldüyünü bildirib.

Qeyd edək ki, tanınmış siyasi məhbus, 15 il həbs cəzasına məhkum edilmiş Abbas Lisani də həmin bölmədə saxlanılır.

Bundan öncə o, “cinayətlərin ayrılması prinsipi”nə zidd olaraq həbsxananın narkotik istifadəçilərinin saxlanıldığı 4-cü bölməsinə köçürülmüşdü.

Xatırladaq ki, milli mədəni fəal Mehrdad Şeyxi fevralın 27-də məhkəmə qərarlarının icrası idarəsindən aldığı bildiriş əsasında 6 aylıq həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına yollanıb.

Mehrdad Şeyxi 2019-cu ildə yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq başlanan aksiyalarda iştirak etdiyinə görə saxlanılıb.

O, 2019-cu il, noyabrın 20-də Ərdəbildə atası evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb, 11 gün təcridxanada saxlanıldıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Ərdəbil İnqilab Məhkəməsi M.Şeyxiyə "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə 1 il həbs cəzası verib. Lakin Apellyasiya Məhkəməsi bu müddəti 6 aya endirib.

Xatırladaq ki, Mehrdad Şeyxi milli-mədəni fəal Behnam Şeyxinin kiçik qardaşıdır. Behnam Şeyxi hal-hazırda Tehranın “Evin” zindanının 8-ci bəndində saxlanılır. Milli fəala Beynəlxalq Ana Dili Günü tədbirlərinə qatıldığı üçün 2 illik həbs cəzası verilib.

Geri dön