Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Piton qanı ürək-damar xəstəliklərinin müalicəsinə kömək edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Piton qanı ürək-damar xəstəliklərinin müalicəsinə kömək edəcək

Piton qanı ürək-damar xəstəliklərinin müalicəsinə kömək edəcək


Bol "səhər yeməyi"ndən sonra Birma pitonunun ürəyinin böyüməsini stimullaşdıran yağ turşuları adamlara öz ürəyini möhkəmləndirməyə kömək edə bilər.

Lesli Leyvəndin rəhbərliyi altında bir qrup amerikalı alim müəyyən edib ki, pitonun ürəyi möhkəm yedikdən sonra bir neçə yağ turşusunun hesabına demək olar bir dəfə yarım böyüyə bilər. Ürəyin böyüməsini mənbəyi ürək əzələlərinin hipertrofiyasıdır (həddən artıq böyüməsi). Pitonun yemək yeməsindən sonra elə birinci gün yağların əsas komponentlərinin konsentrasiyası, yəni triqlitseridlər sürünən heyvanın qanında 52 dəfə artır. Tədqiat müəlliflərinin qeyd etdikləri kimi, istənilən başqa məməmlinin qanında yağların belə konsentrasiyası ürəyin yağlanması səbəbindən onun üçün ölümlə nəticələnə bilərdi. Yeri gəlmişkən, ilanın ürəyi bol qidanın qəbulundan bir neçə gün sonra da hansısa yağ yığınlarından azaddır.

Alimlər pitonda hədsiz yağ turşularının -miristin, palmitolein və palmitinin olduğunu və onların miositi (birnüvəli əzələ hüceyrəsi) iri həcmdə böyüməyə vadar etdiyin aşkar ediblər. Bu turşuların axını hesabına miositlər yağ molekulları üçün əlavə "tələ"-reseptorlar "yetişdirirlər" və böyük miqdarda nəqliyyat molekullarını sintezləşdirirlər.

Daha sonra alimlər laboratoriya siçanlarının ürək hüceyrələrinə pitonun plazmasının necə təsir etdiyini yoxlayıblar. Plazma vurulduqdan sonra siçanların hüceyrələri həcmcə böyüməyə başlayıb və təqribən pitonların miosidlərinin hazırladıqları maddəni istehsal edib. Bununla yanaşı, piylənmə əlamətləri və məməmlilərdə adətən qanda yağın miqdarının yuxarı qalxdığı zaman baş qaldıran digər patologiyalar aşkara çıxmayıb.

Alimlər onların ixtirasının ürək xəstəliklərinin müalicəsi üçün dərman hazırlamağa kömək edəcəyinə əmindirlər. Bu zaman həm də nə üçün bəzi adamların hipertrofiyaya tutulmuş ürəklə sakit yaşadıqlarını, başqalarının isə yetkin və qocalıq yaşlarında ürək-damar xəstəliklərindən əziyyət çəkdiklərini öyrənmək mümkün olacaq.

Geri dön