Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeni layihə - Öyrətmək olmasın
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Yeni layihə - Öyrətmək olmasın

Yeni layihə - Öyrətmək olmasın


“Öyrətmək olmasın” adlı yeni teatr layihəsinə start verilib. “YouTube” platformasında və sosial şəbəkələrdə yayımlanan layihənin ideya müəllifi gənc rejissor Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadədir.


Artıq ilk buraxılışı yayımlanan layihə müəllim və tələbələrin əyləncəli-intellektual dialoqları üzərində qurulub. Müəllim kürsüsündə əyləşən sənətşünaslıq üzrə fəlsəfə doktoru teatrşünas Elçin Cəfərov, tələbələr Sabirə Abdullayeva və Əlövsət Ağayevlə birlikdə “Teatr nədir?”, “Teatr necə olmalıdır?” kimi suallara cavab axtarıblar. Onlar teatr məbəddir, aynadır, barometrdir və sair kimi konseptlərə aydınlıq gətirməyə çalışıblar. On dəqiqəlik veriliş maraqlı dialoqları və dinamikliyi ilə diqqəti cəlb edib. İlk buraxılışı böyük maraqla qarşılanan layihənin yeni bölümləri yaxın günlərdə “YouTube” vasitəsilə yayımlanacaq.

Geri dön