Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ümrə ziyarətinə gələn zəvvarlardan COVID-19 əleyhinə peyvəndləmə sənədi tələb edilməyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İslam dini > Ümrə ziyarətinə gələn zəvvarlardan COVID-19 əleyhinə peyvəndləmə sənədi tələb edilməyəcək

Ümrə ziyarətinə gələn zəvvarlardan COVID-19 əleyhinə peyvəndləmə sənədi tələb edilməyəcək


Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyan edib ki, müqəddəs Ramazan ayında Ümrə ziyarətinə gələn əcnəbi zəvvarlardan COVID-19 əleyhinə peyvənd olunmaq haqqında sənəd tələb edilməyəc

Rəsmi SPA informasiya agentliyinə istinadla xəbər verir ki, nazirliyin zəvvarlara xidmət mərkəzi yeni növ koronavirusla bağlı testin neqativ cavabının yetərli olduğunu bildirib. Bundan başqa, aprelin 12-dək Məkkə və Mədinədə Ümrə ziyarətinə gələnlərə xidmət göstərəcək personalın peyvəndləməsi də həyata keçiriləcək. Peyvənddən imtina edənlər isə hər həftə neqativ PCR testi təqdim etməli olacaqlar.

Səudiyyə Ərəbistanının Bələdiyyələr, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin əməkdaşları Ramazan ayı boyunca zəvvarların toplaşdığı ərazilərdə sosial məsafə və qoruyucu maska qaydalarına riayət edilməsinə nəzarət edəcəklər. Hazırda krallığın ərazisindəki 6 vilayətdə bu qaydalara əməl etməyən 11 məscid bağlanılıb.

Geri dön