Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Premyer Liqası: “Qarabağ” vahid liderə çevrilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan Premyer Liqası: “Qarabağ” vahid liderə çevrilib

Azərbaycan Premyer Liqası: “Qarabağ” vahid liderə çevrilib


Aprelin 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Turun sonuncu oyununda son çempion "Qarabağ" klubu “Keşlə"nin qonağı olub. "ASK Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

"Keşlə"nin heyətində yeganə qolu 7-ci dəqiqədə Rəhman Hacıyev vurub. Oyunun 90-cı dəqiqələrində isə Patrik Andrade penaltidən hesabı bərabərləşdirib.

Xallarının sayını 18-ə çatdıran meydan sahibləri 8-ci pillədə qalıb. "Qarabağ" isə 43-cü xalını qazanaraq "Neftçi"ni keçib və vahid lider olub.

Qeyd edək ki, günün digər matçlarında "Sumqayıt" səfərdə "Neftçi"ni 2:0, "Sabah" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Dünən baş tutmuş "Səbail" - "Zirə" oyununda hesab açılmayıb.

Geri dön