Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hindistanın ən böyük şəhərində sərt karantin rejimi tətbiq olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Hindistanın ən böyük şəhərində sərt karantin rejimi tətbiq olunacaq

Hindistanın ən böyük şəhərində sərt karantin rejimi tətbiq olunacaq


Hindistanın Maharaştra ştatında COVID-19 virusunun kəskin yayılması səbəbindən bazar ertəsi günündən başlayaraq karantin məhdudiyyətləri sərtləşdiriləcək

BBC-yə istinadla xəbər verir ki, yeni məhdudiyyətlərə əsasən, ştatda komendant saatı, istirahət günlərində isə tam lokdaun tətbiq olunacaq.

Hindistanda sentyabrın ortalarından bəri son sutka ərzində yoluxmada ən yüksək gündəlik göstərici (93 min 249) qeydə alınıb. Onların yarıdan çoxu paytaxtı Mumbay olan Maharaştra ştatının payına düşür.

Hökumət başçısı Narendra Modi mütəxəssislər komandasından ştata getməyi və xəstəliyin nəyə görə belə kəskin yayılmasının səbəbini aydınlaşdırmağı xahiş edib. Bu, Maharaştra ştatında artıq qaçılmaz olan ikinci lokdaundur.

Qeyd edək ki, Hindistanda indiyədək koronavirusa 12,5 milyon yoluxma halı təsdiqlənib və onlardan 165 mini ölümlə nəticələnib.

Geri dön