Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Musiqi məktəbinin şagirdləri respublika müsabiqəsində uğur qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Musiqi məktəbinin şagirdləri respublika müsabiqəsində uğur qazanıblar

Musiqi məktəbinin şagirdləri respublika müsabiqəsində uğur qazanıblar


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Təhsil Nazirliyi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağın musiqi tarixi - aşıq sənəti" adlı gənc aşıqlar onlayn respublika müsabiqəsində uğurla çıxış ediblər.

İdarədən bildirilib ki, musiqi məktəbinin şagirdi Aynəddin Alışov (müəllim Təşəkgül Əmralıyev) 18-20 yaş qrupu kateqoriyası üzrə II yerə layiq görülərək laureat adını qazanıb.

Digər şagirdlər - Zaur Əliyev və Əmirxan Məmmədov həvəsləndirici diplomla təltif olunublar.

Geri dön