Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin “Fatih” gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkiyənin “Fatih” gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb

Türkiyənin “Fatih” gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb


Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fatih” Qara dənizdə yeni qazma işlərinə başlayıb.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.

Məlumata əsasən, gəmi “Sakarya” yatağının “Amasra-1” quyusunda qazma işləri aparacaq.

Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi bu ilin avqust ayında Qara dənizdə həyata keçirilib. “Fatih” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.

Geri dön