Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstana gələcək əcnəbilər üçün yeni qaydalar hazırlanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstana gələcək əcnəbilər üçün yeni qaydalar hazırlanır

Gürcüstana gələcək əcnəbilər üçün yeni qaydalar hazırlanır


Gürcüstan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yeni qaydalar müəyyən edib.

Yeni qaydalara əsasən ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sağlamlıq və bədbəxt hadisələrdən sığorta ilə bağlı sənəd təqdim edəcəklər. Bununla bağlı hazırlanan qanun layihəsi parlamentin səhiyyə komitəsində müzakirə olunub.

Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan tələbələrə münasibətdə Gürcüstana daxil olmaq və ölkədə qalmaq üçün sağlamlıq və bədbəxt hadisələrdən sığortanın tətbiqi məqsədəuyğun hesab olunub. Bu məqsədlə ötən ilin sentyabrın 10-da hökumət qərar qəbul edib. İndi isə məsələ parlamentin müzakirəsinə çıxarılıb.

T.Qabuniya parlamentin bu təşəbbüsü dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.

Geri dön