Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanın Baş naziri koronavirusun üçüncü dalğası ilə əlaqədar əhaliyə müraciət edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Gürcüstanın Baş naziri koronavirusun üçüncü dalğası ilə əlaqədar əhaliyə müraciət edib

Gürcüstanın Baş naziri koronavirusun üçüncü dalğası ilə əlaqədar əhaliyə müraciət edib


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili epidemioloji vəziyyət və koronavirusun üçüncü dalğası ilə bağlı ölkə əhalisinə müraciət edib.

Hökumət başçısı vətəndaşlara müraciət edərək üçüncü dalğanın qarşısını almaq və sərt məhdudlaşdırıcı tədbirlərdən çəkinmək üçün qaydalara riayət etməyi xahiş edib.

Baş nazirin müraciətində deyilir: “Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi, Gürcüstanda da epidemioloji vəziyyət pisləşir. Əlbəttə ki, üçüncü dalğanın qarşısını almaq və sərt məhdudlaşdırıcı tədbirlərdən çəkinmək üçün qaydalara riayət etməliyik. Vaksin bizi qorumazdan əvvəl, sağlamlığımızı və həyatımızı qorumaq üçün maskalardan düzgün istifadə etmək və ictimai tədbirlərin təşkil edilməsi də daxil olmaqla hər cür izdihamlı yığıncaqlardan çəkinməliyik. Əhalini bir daha bu qaydalara maksimum dərəcədə əməl etməyə çağırıram”.

Qeyd edək ki, hazırda Baş nazir İrakli Qaribaşvili koronavirusa yoluxduğu üçün özünütəcrid rejimində çalışır. Bundan başqa, parlamentin 5 deputatı koronavirusa yoluxub. Ümumilikdə isə ölkədə COVID-19-a yoluxanların ümumi sayı 286 min 406-ya, pandemiya qurbanlarının sayı isə 3849-a çatıb.

Geri dön