Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yağış Tehranda 4 mərtəbəli evin çökməsinə səbəb olub, 2 nəfər ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Yağış Tehranda 4 mərtəbəli evin çökməsinə səbəb olub, 2 nəfər ölüb

Yağış Tehranda 4 mərtəbəli evin çökməsinə səbəb olub, 2 nəfər ölüb


Tehranda yağan aramsız yağış ötən axşam dörd mərtəbəli evin çökməsinə səbəb olub. Hadisə nəticəsində 2 nəfər ölüb 2 nəfər yaralanıb.

Hadisəyə 5 gündür davam edən aramsız yağış səbəb olub. 40 illik tarixi olan bina tamamilə dağılıb.

İlk dəfədir ki, Tehranda arda-arda 5 gün yağış yağır, şəhərin əsas küçə və meydanlarında yağış suyu toplanıb. Yağış küçələrdə onsuz da tıxacları ilə məşhur olan Tehranda daha böyük tıxacların yaranmasına, bəzi yerlərdə telefon xətlərinin sıradan çıxmasına, bəzi regionlarda
qazın kəsilməsinə səbəb olub.

Yağışın yaratdığı problemlərə baxmayaraq əhali yağış yağmasına sevinir. Həmişə çirkli havası olan bu şəhərdə artıq 5 gündür ki, əhali təmiz hava qəbul edə bilir.

Geri dön