Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şəhid leytenant Ənvər Əliyevin xatirəsinə həsr olunan onlayn beynəlxalq şahmat turniri keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Şəhid leytenant Ənvər Əliyevin xatirəsinə həsr olunan onlayn beynəlxalq şahmat turniri keçirilib

Şəhid leytenant Ənvər Əliyevin xatirəsinə həsr olunan onlayn beynəlxalq şahmat turniri keçirilib


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Naxçıvan Muxtar Respublikasının Şərur rayon Gənclər və İdman İdarəsi və “İdea” Şahmat Klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi leytenant Ənvər Əliyevin xatirəsinə həsr edilən onlayn beynəlxalq şahmat turniri keçirilib.

Turnirin açılış mərasimində şəhidin atası Nizami Əliyev, Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müşaviri İsrafil Cəfərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Şərur rayon Gənclər və İdman İdarəsinin rəisi Sahil Hüseynov və başqaları iştirak ediblər.

BŞGİBİ-dən bildiriblər ki, Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Ənvər Əliyevin xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğul böyütdükləri üçün şəhidin atasına minnətdarlıq edib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam edəcəyini, Baş İdarə tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlərin və müxtəlif turnirlərin keçiriləcəyini söyləyib.

Digər çıxışlarda da Vətəninə və xalqına sədaqətini layiqincə sübut edən qəhrəman şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim uca tutulacağı bildirilib.

Qeyd olunub ki, Şərur rayonun Axaməd kənd sakini olan Ənvər Əliyev müharibənin ilk günlərindən döyüşlərdə iştirak edərək, qəhrəmancasına vuruşub, şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhid Ənvər Əliyevin atası Nizami Əliyev turnirdə iştirak edən bütün idmançılara uğurlar arzulayıb, övladının xatirəsinin əziz tutulmasına görə təşkilatçılara minnətdarlığını ifadə edib.

İsveçrə sistemi üzrə keçirilən onlayn yarışda Azərbaycan, Türkiyə, Gürcüstan və Amerikadan (1 nəfər) ümumilikdə, 157 şahmatçı iştirak edib. Şahmat turnirinin nəticəsinə əsasən, ümumi hesabda Rəvan Uğuzov, qızlar arasında isə Xanım İsmayılova birinci yeri tutublar. Müxtəlif yaş kateqoriyalarında Əsnad Baxışzadə (U-8), Məmməd Məmmədzadə (U-10), Yusif Mustafazadə (U-12) ilk pillələrdə qərarlaşıblar.

Geri dön