Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanın Baş naziri ölkə müsəlmanlarını təbrik edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Gürcüstanın Baş naziri ölkə müsəlmanlarını təbrik edib

Gürcüstanın Baş naziri ölkə müsəlmanlarını təbrik edib


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman vətəndaşlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.

Hökumət başçısı bu barədə özünün “Facebook” səhifəsində yazıb.

İ.Qaribaşvili müsəlmanlara inam, səbir və müqəddəs Ramazan ayını layiqincə başa vurmağı arzulayıb.

Hökumət başçısı yazır: “Mən sizin ümumi vətənimiz olan Gürcüstanın ictimai həyatına və onun gələcək inkişafına verdiyiniz böyük töhfəni çox yüksək qiymətləndirirəm. Sizin unikal mədəniyyət və ənənələriniz Gürcüstanın zənginliyidir, onun müxtəlifliyinin ayrılmaz hissəsidir”.

İ.Qaribaşvili müsəlman vətəndaşlara və onların ailə üzvlərinə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıb.

Geri dön