Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Birləşmiş Kürd ordusu qurulur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Birləşmiş Kürd ordusu qurulur

Birləşmiş Kürd ordusu qurulur


İraq və Suriyadakı qarışıqlıqlar daha çox həmin dövlətlərdəki kürd yaraqlılarının xeyrinə işləməkdədir.«Habertürk»-gəzetinin yaydığı məlumata görə, terrorçu PKK-nın Suriyadakı təmsilçisi kimi tanınan Demokratik Birlik Partiyasının silahlı qanadı «Xalq Müdafiə Birlikləri» İraqın şimalının idarə edən Məsud Bərzaninin Suriyada «Kürd ordusu qurulması» ilə bağlı istəyini qəbul edib.

İraqın Ərbil şəhərində kürd siyasiləri və silahlılarının keçirdiyi «Kürdlərin Ali Şurası»nın toplantısında «kürdlərin yaşadığı bölgələri birlikdə idarəetmə və birləşmiş kürd ordusunun qurulması» məsələsində anlaşılmışdı.

Suriya ordusundan qaçaq kürdlər İraqa sığınaraq, oradakı silahlılar tərəfindən təlimatlandırılıb. İndi onlar Suriyaya göndərilir.

Suriya Milli Kürd Şurasının üzvü Nuri Birimi deyib ki, bu ölkədəki kürdlər ikinci ən böyük etnik qrupdur:«Biz şura olaraq, kürdlərin Suriyada ikinci etnik qrup olduğunun qəbul edilməsini və haqlarının tanınmasını tələb edirik. Bu tələbimiz qəbul edilməyənədək müxalifətə qatılmayacağıq. Ancaq onlar bu tələbimiz qəbul etmədilər. Onlar bizə Əsəd devrildikdən sonra qurulacaq azad parlamentin bu məsələdə qərar verəcəyini söylədilər. Tələbimiz qəbul edilməyənədək biz ora təmsilçi göndərməyəcəyik».

Geri dön