Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Media nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına yola düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Media nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına yola düşüb

Media nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına yola düşüb


Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün növbəti səfər Cəbrayıl və Qubadlı rayonlarına təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, tədbir iştiralkçıları əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklər: "Sonra isə erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutacaq. Səfərin məqsədi işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafızə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxışdır".

İ.İbrahimova əlavə edib ki, səfər zamanı Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə farel balıqlarının çaya buraxılması da baş tutacaq: "Bununla biz ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarını tədricən aradan qaldırılmasına nail olacayıq".

Geri dön