Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna mətbuatı Prezident İlham Əliyevin beynəlxalq konfransdakı çıxışından silsilə materiallar yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ukrayna mətbuatı Prezident İlham Əliyevin beynəlxalq konfransdakı çıxışından silsilə materiallar yayıb

Ukrayna mətbuatı Prezident İlham Əliyevin beynəlxalq konfransdakı çıxışından silsilə materiallar yayıb


Ukraynanın aparıcı informasiya agentlikləri və portalları Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışından silsilə materiallar yayıb.

“Ukrinform”, “RBK Ukrayna” informasiya agentlikləri, “GORDON”, “Segodnya”, “Korrespondent”, “Dialog”, “asmedia.kiev.ua” və digər informasiya portallarında Ukrayna və rus dillərində yerləşdirilən materiallarda dövlətimizin başçısının çıxışından bəzi sitatlar diqqətə çatdırılıb.

Materiallarda Prezident İlham Əliyevin Ermənistanla sülh razılaşmasının mümkünlüyü, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların İrəvana qayıtması, işğaldan azad olunan ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin Azərbaycanın ATƏT-in Minsk qrupunun Cənubi Qafqazda dinc həyatın nizamlanması üzrə təkliflərini təqdim etməsini gözlədiyi, Ermənistanın “İsgəndər-M” raketindən istifadə etməsinin hərbi cinayət olduğu barədə fikirləri əksini tapıb.

Geri dön