Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hərbi Qənimətlər Parkı ölkəmizin, ordumuzun gücünü və imkanlarını göstərir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial, Müsahibə > Hərbi Qənimətlər Parkı ölkəmizin, ordumuzun gücünü və imkanlarını göstərir

Hərbi Qənimətlər Parkı ölkəmizin, ordumuzun gücünü və imkanlarını göstərir


Aprelin 12-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin açılışında iştirak etdiyi Hərbi Qənimətlər Parkı Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsini, ölkəmizin, ordumuzun gücünü və imkanlarını nümayiş etdirir. Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, birliyini nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Bununla da Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. Vətən müharibəsində qələbənin əsasında dayanan amillər isə yenilik, inkişaf, güc və Vətən sevgisidir. Bu müharibədə Azərbaycanın qələbəsini zəruri edən siyasi, iqtisadi, hərbi, milli-mənəvi aspektlərin, güclü ordu quruculuğu, vətəndaş birliyi və xalqın dəstəyinin təmin edilməsidır.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev müsahibəsində deyib.

O, qeyd edib ki, Azərbaycan Ordusu son 50 ildə həyata keçirilən müharibələr arasında özünəməxsus olan müasir beşinci nəsil müharibəni həyata keçirməklə öz adını hərb tarixinə qızıl hərflərlə yazdırıb. Bu müharibə nəticəsində Azərbaycan Ordusunun məhv etdiyi düşmənin zirehli texnikaları, yük avtomobilləri, reaktiv yaylım atəş sistemləri, artilleriya vasitələri, operativ-taktiki raket kompleksləri və sair kimi çoxsaylı texnikaların həmin ərazidə nümayiş etdirilməsi bir daha Ordumuzun gücünü və potensialını real olaraq ortaya qoyur.

Hərbi ekspert vurğulayıb ki, otuz il ərzində Azərbaycanın münaqişəni həll etmək yolunda atdığı addımlara məhəl qoymayan beynəlxalq təşkilatlar ikili standartlardan, ədalətsiz mövqedən çıxış ediblər. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan beynəlxalq qurumların ikili standartları, ədalətsizliyi, münaqişəni dondurmaq, Azərbaycanın maraqlarına zidd şəkildə həllinə nail olmaq siyasəti iflasa uğradı. Eyni zamanda, 2016-cı il Aprel döyüşlərində, sonrakı illərdə Ermənistan rəhbərlərinin münaqişəni həll etmək vədlərinin üstündə durmamaları, vaxtı uzatmağa çalışmaları, danışıqlar limitinin bitməsi və bunun nəticəsi kimi 44 günlük müharibədən sonra Ermənistanın darmadağın edilməsi nəticəsində Azərbaycan tarixi qələbə əldə etdi. Sonda Azərbaycan Ordusu öz gücü və imkanları hesabına, eyni zamanda, müasir silahlı mübarizə metodlarından istifadə etməklə düşməni çox qısa müddətdə darmadağın etməyə nail oldu. Həm də, Azərbaycan ilə İran, eləcə də, Ermənistan arasında sərhədləri bərpa etməklə Qarabağ işğaldan azad edildi.

Ədalət Verdiyev xatırladıb ki, müharibə dövründə davamlı olaraq yalnız uğurlu əməliyyatlar həyata keçirən Azərbaycan Ordusu 44 gün ərzində bir addım da geri atmadı. Ordumuz Ermənistana bir dəfə də olsun uğurlu hücum əməliyyatı keçirməyə imkan vermədi. Hərbi Qənimətlər Parkının açılışında təltif olunan hərbi qulluqçularla görüşündə Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, Vətən müharibəsində Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, mənəvi ruh, Vətən sevgisi göstərərək, bütün maneələri dəf edərək düşmənə qalib gəldilər.

Ekspert deyib ki, bu baxımdan Azərbaycanın qazandığı qələbənin əhəmiyyəti böyükdür. Ölkəmiz dünyada nümunəsi olmayan, çətin relyef şəraitində, mürəkkəb istehkamları darmadağın edərək qələbə qazandı. Odur ki, hazırda Azərbaycanın yeni müharibə nümunəsi dünyada böyük əks səda doğurur və öyrənilir. İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü göstərdi. Ölkəmiz XXl əsrin müharibəsini apardı. Belə ki, ABŞ, Almaniya, Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də ikinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmaq istəyirlər.

“Ümumilikdə 44 günlük müharibədə tarixi Qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qələbəsidir. Bu Qələbə ilə müsəlman ölkələri ilə bağlı dünyada formalaşmış stereotip darmadağın edildi. İnanıram ki, Vətən müharibəsi Azərbaycanın şanlı səhifəsi kimi daim tarixdə qalacaq, yaradılan Hərbi Qənimətlər Parkı isə gələcək nəsillərə və beynəlxalq aləmə ordumuzun gücünü, dövlətimizin qüdrətini nümayiş etdirmək üçün ən uyğun məkan olacaq”, - deyə Ə.Verdiyev əlavə edib.

Geri dön