Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb


Dövlət İmtahan Mərkəzi (DİM) Sankt-Peterburq Dövlət Universitetinin (SPDU) dəstəyi ilə “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayıb.

DİM-dən bildirilib ki, layihə çərçivəsində onlayn təlimin ilk sessiyasında ТРКИ imtahanının yoxlama-ölçmə materiallarına dair rəsmi sənədlər (rus dili xarici dil kimi fənninin proqramları və standartları), CEFR təqdim olunub.

Üç həftə davam edəcək təlimdə iştirakçılar aşağıdakı mövzulara dair bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər:

-dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;

-Dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;

-qrammatika və lüğət bazasının qiymətləndirilməsi;

-fərqli səviyyələr üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi.

Xatırladaq ki, layihənin iştirakçıları DİM-in rus dili xarici dil kimi fənni üzrə ekspertləri və daha öncə elan edilmiş müsabiqə əsasında seçilmiş rus dili müəllimləridir.

“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsi üzrə təlimçi SPDU-nun rus dilinin qiymətləndirilməsi üzrə mütəxəssisləridir.

Geri dön