Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Milli Məclisdə Güneyli soydaşlarımıza da imtiyazlarla bağlı təklif irəli sürdü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar, Fərəc Quliyev > Fərəc Quliyev Milli Məclisdə Güneyli soydaşlarımıza da imtiyazlarla bağlı təklif irəli sürdü

Fərəc Quliyev Milli Məclisdə Güneyli soydaşlarımıza da imtiyazlarla bağlı təklif irəli sürdü


28.10.2011-ci il tarixdə Milli məclisdə “sosial xidmət haqqında” Azərbaycan Respublikası qanununun muzakirəsində millət vəkili Fərəc Quliyevin çıxışı:

“Hörmətli millət vəkilləri, bu qanunun qəbulu prinsipcə millətin ehtiyaclı təbəqələrinə sahib cixmaq, Azərbaycanın sosial dovlət olma istəklərinə yonəlik ciddi addımdır. Mən bu qanuna səs verəcəm. Amma qanuna bir əlavəm var və hesab edirəm ki, bu əlavənin təsbit olunmasına heç kim etiraz etməz. Təklif edirəm ki, 3-cü maddəyə belə bir əlavə edilsin: “Bu qanun Azərbaycana mühacirət etmiş bütün Azərbaycan Türklərinə istisnasız şamil olunsun”. Heç kimə sirr deyil ki, Güney Azərbaycandan buraya gəlmiş insanların demək olar, hamısı ağır vəziyyətdədir. Onlara sahib cıxmaq, yardım etmək bizim borcumuzdur. Dünya azərbaycanlılarının qurultayında Azərbaycan Prezidentinin “Azərbaycan 50 milyonluq azərbaycanlıların vətənidir” ifadəsi millətə sahib cıxılmasında ciddi siyasi iradədir.
Maddə 3-ə bu əlavənin olunmasına maddə 2-nin və maddə 5-in muddəaları da imkan verir. Maddə 2-də deyilir: “Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir”.
5-ci maddədə sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi–insan hüquq və azadlıqlarına riayət olunması, humanizm, məxfilik, ədalətlilik və əlcatanlıq kimi prinsiplər əsas götürülür. Bu prinsipləri, yuxarıda göstərdiyimiz siyasi-iradəni nəzərə alaraq “bu qanun Azərbaycana mühacirət etmiş bütün Azərbaycan Türklərinə istinasız şamil edilir” ifadəsinin maddə 3-ə əlavə olunmasını təklif edirəm.
Biz Milli Doktrinamızda dünyanın hər yerində yaşayan Azərbaycan Türkləri ilə Azərbaycan dövləti arasında qarşılıqlı himayə mexanizmini təsbit etməliyik. Bu gün sözügedən detal-qanuna əlavə məhz həmin qarşılıqlı himayə strategiyasının ciddi təməllərindən biri olar.
Güney Azərbaycandan bura mühacirət etmiş insanlara özləri ayaqüstə durana qədər minimum həyat şəraiti yaratmaq cox vacibdir. Bu insanlar çox çətin vəziyyətdə küçələrdə qalmamalıdırlar. Onlar buranı Vətən bilməsələr sığınmazlar. Bu insanlar həmişə Azərbaycana–öz Vətənlərinə təkcə sığınacaq kimi gəlməyiblər, axı. Qarabağ savaşında Güneyli soydaşlarımız bizimlə çiyin-çiyinə erməni isğalçılarına qarşı döyüşlərdə iştirak edirdilər. Onlar Vətənə sahib çıxmağı bacaran insanlardılar. Azərbaycan da Vətən olaraq onlara sahib çıxmalıdır. Bu insanlara heç olmazsa müvəqqəti sığınacaqlar, kiçik qrup evləri təşkil etmək mümkündür...

Üstəlik dünyanın inkişaf etmiş ölkələrində anoloji yanaşmalar var. Avropa ölkələrində oraya mühacirət edənləri xüsusi düşərgələrdə yerləsdirmək, sosial xidmətin təşkili-bir örnəkdir. Biz öz soydaşlarımıza bu yanaşmanı sevə-sevə niyə tətbiq etməyək ki? Mən bu tribunadan birbaşa rəhbərliyə, deputat həmkarlarıma muraciət edib, bu fikrin 3-cü maddəyə əlavənin müdafiə olunmasını xahiş edirəm
Diqqətinizə görə təşəkkür edirəm!"

Geri dön