Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hüquq > DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb


Daxili İşlər Nazirliyi (DİN) aprelin 14-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 35 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Geri dön