Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanda hava limanı və dəmir yolu stansiyalarında karantin qaydaları sərtləşdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Qazaxıstanda hava limanı və dəmir yolu stansiyalarında karantin qaydaları sərtləşdirilib

Qazaxıstanda hava limanı və dəmir yolu stansiyalarında karantin qaydaları sərtləşdirilib


Qazaxıstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması ilə əlaqədar olaraq ölkənin “qırmızı zona”da olan bölgələrində, hava limanları və dəmir yolu stansiyalarında karantin məhdudiyyətləri sərtləşdirilib.

Nəqliyyat üzrə baş dövlət sanitar həkimi Janar Urazalinanın qərarına əsasən, “qırmızı zona”da yerləşən hava limanları və dəmir yolu stansiyalarının binalarında sərnişinləri yola salmaq və qarşılamaq qadağan edilib.

Xatırladaq ki, Qazaxıstanda “qırmızı zona”ya Nur-Sultan, Almatı, Çimkent, Atırau, Aktobe, Akmola, Almatı, Qərbi Qazaxıstan və Karaqanda bölgələri daxildir.

Geri dön