Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları şəhər bulvarında ağac əkiblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları şəhər bulvarında ağac əkiblər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları şəhər bulvarında ağac əkiblər


Sumqayıt Bulvarında Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həftəsonu təşkil olunan ağacəkmə kampaniyası çərçivəsində növbəti tədbir keçirilib. Bu nəcib işdə şəhərin ayrı-ayrı idarə, təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu dəfə kampaniyaya Regional Mədəniyyət İdarəsinin əməkdaşları da qoşulublar.

Ölkəmizdə ətraf mühitin qorunması, iqlim dəyişikliyinin təsirlərinin azaldılması, yaşıllığın daha da artırılması işınə töhfə verən Sumqayıtın mədəniyyət işçiləri şəhərimizdə fəaliyyət göstərən digər qurumların əməkdaşları ilə birgə 500-ə yaxın müxtəlif növdə həmişəyaşıl ağaclar əkiblər.

Ağacəkmə zamanı Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Vətən müharibəsində şəhid olan hər bir igidimizin adına bir ağacın əkilməsi təşəbbüsü ilə çıxış edib. “Bununla biz Sumqayıtın yaşıl libasını zənginləşdirərək həm də qəhrəman şəhidlərimizin xatirəsini bir daha əbədiləşdirmiş oluruq”, - deyə Rəşad Əliyev vurğulayıb.

Geri dön