Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş onlayn tədbir təşkil edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş onlayn tədbir təşkil edilib

Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş onlayn tədbir təşkil edilib


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş onlayn tədbir təşkil edib.

Kitabxanadan bildirilib ki, tədbirdə İçərişəhər Muzey Mərkəzinin elmi katibi, Əməkdar mədəniyyət işçisi, tarixçi Səadət Ələkbərova çıxış edərək bu əlamətdar gün haqqında məlumat verib. Qeyd edib ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Daha sonra İçərişəhər və tarixi abidələr haqqında slayd təqdim edilmişdi.

Geri dön