Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Göyçayda şəhidin xatirəsinə tikilən bulaq istifadəyə verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Göyçayda şəhidin xatirəsinə tikilən bulaq istifadəyə verilib

Göyçayda şəhidin xatirəsinə tikilən bulaq istifadəyə verilib


Göyçay rayonunun Qaraman kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Xəyal Zeynəddin oğlu Həsənovun xatirəsinə inşa edilən bulağın açılış olub. Səhidin ad günündə keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi, ağsaqqallar, gənclər, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər. Mərasim iştirakçıları öncə şəhidin məzarını ziyarət edib, üzərinə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.

Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimindəki çıxışlarda şəhid Xəyal Həsənovun qısa, lakin şərəfli həyat yolundan danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və qısa müddətdə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, şərəfli döyüş yolu keçən və oktyabrın 14-də Suqovuşanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Xəyal Həsənovun və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncam ilə Xəyal Həsənov ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.

Geri dön