Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ bu il Əfqanıstana əlavə olaraq 300 milyon dollar yardım ayıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > ABŞ bu il Əfqanıstana əlavə olaraq 300 milyon dollar yardım ayıracaq

ABŞ bu il Əfqanıstana əlavə olaraq 300 milyon dollar yardım ayıracaq


ABŞ bu il Əfqanıstana mülki yardım qismində əlavə olaraq 300 milyon dollar ayıracaq.

Bu barədə dövlət katibi Entoni Blinken tərəfindən çərşənbə günü yayılan bəyanatda bildirilir.

Dövlət katibinin sözlərinə görə, maliyyə vəsaiti iqtisadi artıma, korrupsiya və narkotrafiklə mübarizəyə, səhiyyə və təhsil sisteminin inkişafına yardım etməyə yönəldiləcək. “Biz qoşunların çıxarılması ilə möhkəm sülhü irəlilətmək üçün iqtisadi və mülki xarakterli köməyə davam edəcəyik”, - bəyanatda belə deyilir.

Bu ərəfədə ABŞ Prezidenti Co Bayden elan edib ki, Amerika qoşunlarının Əfqanıstan çıxarmağa başlamağı və onu 2021-ci il sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır.

Geri dön