Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə koronavirusa yoluxma, ağır xəstə və ölüm sayı sürətlə artmaqdadır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Türkiyədə koronavirusa yoluxma, ağır xəstə və ölüm sayı sürətlə artmaqdadır

Türkiyədə koronavirusa yoluxma, ağır xəstə və ölüm sayı sürətlə artmaqdadır


Türkiyədə yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında dinamik artım davam edir. Koronavirusun bütün göstəricilər üzrə fəsadları vilayətlər üzrə dəyişir. Ona görə də, əyalətlərdə yerli hakimiyyət orqanları ölkə üzrə tətbiq olunan ümumi tədbirlərindən başqa vəziyyətə uyğun qərarlar qəbul edirl

Türkiyənin Səhiyyə Nazirliyi xəbər verir ki, aprelin 21-də ölkədə 318 min 839 nəfər testdən keçirilib. Onlardan 61 min 967 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb, 2932 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində bu xəstəlikdən 362 nəfər ölüb, 52 min 213 nəfər isə sağalıb. Göstərilən rəqəmlər aprelin birinci həftəsindəki rəqəmlərlə müqayisədə təxminən 2 dəfə çoxdur.

İndiyədək ümumilikdə 4 milyon 446 min 591 nəfərdə virus aşkarlanıb, 36 min 975 nəfər ölüb.

Hazırda 3 min 398 nəfər reanimasiyadadır. Ağır xəstə sayının durmadan artması ölüm hallarının yüksəlişinə birbaşa təsir göstərir.

Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin əsasını virusa qarşı kütləvi peyvəndləmə təşkil edir. Ölkəyə müxtəlif növ vaksinlər gətirilməyə başlasa da, hazırda kütləvi peyvəndləmə Çindən alınan “Sinovac” vaksini ilə aparılır. Yerli peyvəndin tapılması istiqamətində də mühüm addımlar atılır. Aprelin 20-nə olan məlumata görə, ölkə üzrə tətbiq olunan peyvəndin sayı 20 milyon dozanı ötüb.

Geri dön