Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Konkret tələb:“Rusiya dost ya düşmən olduqlarını deməlidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Konkret tələb:“Rusiya dost ya düşmən olduqlarını deməlidir”

Konkret tələb:“Rusiya dost ya düşmən olduqlarını deməlidir”


Dünən Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. O, çıxışında bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısı, həmçinin Ermənistanın silahla təmin olunmasından danışıb: “Biz beynəlxalq aviasiya təşkilatı olan ICAO-ya rəsmi məktublar göndərmişik. O məktublarda deyilmişdir ki, biz dəqiq bilirik, - reyslərin nömrələrini də vermişdik, yazmışdıq, - bu təyyarələrlə, sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar gətirilir. Silahların növlərini də göstərmişdik.

Baxmayaraq ki, müharibə dövründə dəfələrlə belə məktublar göndərilmişdir, ancaq ICAO-dan heç bir cavab gəlməmişdir. Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Obramyan, Karapetyan. Bu, cinayətdir”.

Prezident qarşı tərəfin bundan ötrü məsuliyyət daşıdığını söyləyib:

“Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev sözügedən dövlətlərin riyakarlığı barədə fikirlərini “Sherg.az”la bölüşü:

“Dövlətlər öz mövqelərini açıq şəkildə ortaya qoymalı- dost ya düşmən olduqlarını konkret deməlidirlər. Prezidentin də dediyi kimi, strateji tərəfdaşıqsa, deməli, qarşılıqlı əlaqələrdə səmimi olmalıyıq. Necə ki, rəsmi Bakı öz davranışlarında həmişə səmimi olub. Müharibə vaxtı Rusiyanın Ermənistana ayrı-ayrı vaxtlarda 500 ton, 400 ton silah göndərməsi, həmin silahların mülki təyyarələrdə daşınması, yükləri Ermənistan tərəfindən kimlərin qarşılaması və hətta marşrut bizə yaxşı məlumdur. Bunları biz biliriksə, deməli, Rusiya da bilir. Ona görə də qarşılıqlı münasibətlərdə səmimiyyət istəyirik”.

F.Quliyev, həmçinin Qarabağdakı rus hərbçilərinin fəaliyyəti barədə də danışdı:

“Yenə də Prezidentin dediyi kimi, sülhməramlılar gələndə elə bilirdik ki, əməkdaşlığımızda yeni format yaranacaq. Lakin qarşılaşdığımız mənzərə bizi təəccübləndirdi və təəssüfləndirdi. Bunlar ölkə ictimaiyyətini maraqlandıran, olduqca mühüm məsələlərdir. Dövlət başçısının baxış bucağı isə tamamilə milli iradəyə uyğundur. Mən partiya sədri olaraq bu baxışlar sistemini dəstəkləyirəm və sonadək müdafiə edəcəm”.

Kənan Novruzov/sherg.az

Geri dön