Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda koronavirusla mübarizə ilə əlaqədar yeni tədbirlər planı hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Gürcüstanda koronavirusla mübarizə ilə əlaqədar yeni tədbirlər planı hazırlanıb

Gürcüstanda koronavirusla mübarizə ilə əlaqədar yeni tədbirlər planı hazırlanıb


Gürcüstanda koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilir. Ölkənin Baş nazirinin tapşırığına əsasən, Səhiyyə Nazirliyi koronavirusla mübarizə üçün əlavə çarpayı, dərman vasitələri, oksigen və testlərin əldə olunması üzrə plan hazırlayıb.

Bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahından məlumat verilib.

Bildirilib ki, ölkə hadisələrin ən pis inkişaf ssenarisinə hazır olacaq. Vəziyyət nəzarət altındadır və dövlət prosesə tam nəzarət edir.

Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib ki, mayın 10-dək koronavirus xəstələri üçün 6 min çarpayı əlavə olunacaq.

Onun sözlərinə görə, hazırda ölkə üzrə 14 min aktiv xəstə var.

Geri dön