Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanın Səhiyyə naziri yerli “QazVac” peyvəndi vurdurub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Qazaxıstanın Səhiyyə naziri yerli “QazVac” peyvəndi vurdurub

Qazaxıstanın Səhiyyə naziri yerli “QazVac” peyvəndi vurdurub


Qazaxıstan Səhiyyə naziri Aleksey Tsoy ölkədə istehsal olunan koronavirusa qarşı “QazVac” peyvəndini vurdurub.

Yerli peyvənd bir nəfər üçün iki dozadan ibarətdir.

Qazaxıstan peyvəndinin ilk partiyası Elmi Tədqiqat Bioloji Təhlükəsizlik Problemləri İnstitutunda 50 min dozada istehsal olunub və artıq bölgələr arasında paylanmaqdadır.

Qazaxıstan dünyada peyvənd istehsalına başlayan və peyvənd istehsalının tam dövrünü müstəqil olaraq mənimsəyən ilk beşliyə daxil olan on ölkə sırasına daxil edilib. Ölkə üzrə təxminən 900 min nəfər koronavirusa qarşı peyvənd olunub.

Geri dön