Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Berlin qaçqınların Yunanıstanda yerləşməsi üçün Afinaya pul təklif edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Berlin qaçqınların Yunanıstanda yerləşməsi üçün Afinaya pul təklif edib

Berlin qaçqınların Yunanıstanda yerləşməsi üçün Afinaya pul təklif edib


Almaniya Daxili İşlər Nazirliyi narahatdır ki, Avropa İttifaqının sığınacaqla təminetmə sistemi bir anda büsbütün dağıla bilər.

Almaniya DİN-nin məlumatlarına istinadla xəbər verir ki, cari ilin ilk üç ayı ərzində Yunanıstanda artıq qaçqın statusu verilmiş 2900-ə yaxın əcnəbi ərizə ilə təkrar Almaniyaya müraciət edib ki, bu da Dublin razılaşmasına ziddir. Nəzəri olaraq, yenidən müraciət edilə bilməz və bu ərizələr rədd edilməlidir. Amma Yunanıstan, ölkədəki boş evlərin yetərli olmadığını əsas gətirərək, kağız üzərində artıq qaçqın statusu verdiyi şəxsləri qəbul etmək istəmir. Hazırda Almaniya Federal Hökuməti geri göndərmək istədiyi qaçqınların Yunanıstanda yerləşməsi üçün Afinaya maliyyə dəstəyi təklif edib.

Berlin, həmçinin sığınacaq istəyən 2100 nəfərə göndərdiyi cavabda Dublin reqlamentinə uyğun olaraq onların Yunanıstana köçürülməsinin vacibliyini də xatırladıb. Bu sənədə əsasən, sığınacaq istəyən şəxsin qeydiyyata alındığı ölkə ərizənin verilməsi üçün məsuliyyət daşıyır. Belə bir ölkə isə Yunanıstandır.

Almaniyanın Balkanlara geri göndərmək istədiyi sığınacaq axtaranların yerləşdirilməsinə və qulluğuna nə qədər pul sərf edəcəyi bəlli deyil.

Geri dön