Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistanda azərbaycanlı yazıçının romanı çap olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Özbəkistanda azərbaycanlı yazıçının romanı çap olunub

Özbəkistanda azərbaycanlı yazıçının romanı çap olunub


Daşkənddəki “Yangi asr avlodi” nəşriyyatında Azərbaycan yazıçısı Varisin “Sonuncu ölən ümidlərdir” romanı özbək dilində çap olunub.

Romanı özbək dilinə Azərbaycan ədəbiyyatının dostu, jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib.

R.Cabbarovun tərcüməsində Varisin “Sənə inanıram” romanı bu nəşriyyatda ötən il işıq üzü görüb.

Varisin “77 gün” romanı isə R.Cabbarovun tərcüməsində hissə-hissə “Darakçi” qəzetində dərc edilib və bu ilin sonunadək kitab kimi nəşri nəzərdə tutulub.

Xatırladaq ki, bir çox Azərbaycan yazıçısının əsərləri Daşkənddə R.Cabbarovun tərcüməsində çap olunub.

Geri dön