Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İctimai yerlərdə beş nəfər koronavirus xəstəsi aşkarlanaraq saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > İctimai yerlərdə beş nəfər koronavirus xəstəsi aşkarlanaraq saxlanılıb

İctimai yerlərdə beş nəfər koronavirus xəstəsi aşkarlanaraq saxlanılıb


Daxili işlər orqanlarının əməkdaşları aprelin 26-da respublika ərazisində beş nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə dörd nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

DİN bir daha vətəndaşlardan koronavirusla əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.

Geri dön