Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şəhid Zülfüqar Fərəcovun doğum günü məzarı yanında qeyd olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Şəhid Zülfüqar Fərəcovun doğum günü məzarı yanında qeyd olunub

Şəhid Zülfüqar Fərəcovun doğum günü məzarı yanında qeyd olunub


Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xocavənd rayon sakini Zülfüqar Fərəcovun doğum günü onun dəfn edildiyi Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anılıb.

Xocavənd Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, müəllimləri və ailə üzvləri pandemiya dövrünün qaydalarına uyğun olaraq onun məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, şəhid Zülfüqar Fərəcovun həyatı və keçdiyi şərəfli döyüş yolundan danışıblar. Bildirilib ki, Zülfüqar Fərəcov 2020-ci il sentyabrın 28-də cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərərək şəhid olub. Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Sonda məktəblilərinin hazırladıqları bədii kompazisiya nümayiş olunub.

Geri dön